Lukaşenkodan müxalifətə: Gedin, etiraz edin!

Lukaşenkodan müxalifətə: Gedin, etiraz edin!

Belarus Prezidenti Aleksandr Lukaşenko icazəsiz etiraz aksiyasında iştirak edənləri məsuliyyətli olmağa dəvət edib.

Axar.az-ın məlumatına görə, dövlət başçısı mitinqlərdə qanunu pozanların məsuliyyətə cəlb ediləcəyini bildirib.

“Minskdə 6 meydan var. Yalnız bir-ikisində mitinq olub, digər 4-ü isə ehtiyatdadır. Gedin, etiraz edin. Lakin siz harada gəldi etiraz aksiyası təşkil etsəniz, o zaman qanunu pozmuş olursunuz və biz sizi məsuliyyətə cəlb edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Mənbə: axar.az