Belarusun MSK sədri Prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb

Belarusun MSK sədri Prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb

“Seçkinin ilkin nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina "Belarus-1" televiziyasının efirində bildirib.

O qeyd edib ki, Minsk şəhərinin Leninski rayonunda seçicilərin 64% -dən çoxu iştirak edib, Lukaşenko demək olar ki, 67%-dən çox, onun rəqibi Svetlana Tixanovskaya isə təxminən 15% səs toplayıb: “Brest vilayətinin 4 rayonunda seçici fəallığı 95,7% olub. Burada Lukaşenko səslərin təxminən, 80%-ni, Tixanovskaya isə 3,8%-ni qazanıb”.

MSK rəhbəri əlavə edib ki, Qomel bölgəsinin 4 rayonun da isə seçicilərin 90%-i Lukaşenkoya, 3,2%-i isə Tixanovskayaya səs verib: “Daha bir neçə rayonlar üzrə səsvermənin ilkin nəticələri məlumdur. Onların bəzilərində Lukaşenko 90% -dən çox, Tixanovskaya isə 4% səs alıb”.

 

Mənbə: apa.az