Pandemiya dövründə Türkiyədən dünyanın 150 ölkəsinə yardım göndərilib

İstanbul, 10 avqust, AZƏRTAC

COVID-19 pandemiyası dövrü ərzində Türkiyədən dünyanın 150 ölkəsinə və altı beynəlxalq quruma tibbi ləvazimatlardan ibarət yardım göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kocaeli Universitetinin Səhiyyə Qurumları və Araşdırma Mərkəzinin açılış mərasimində bildirib.

Ölkədə koronavirusa yoluxan hər şəxsin müalicəsinin dövlət tərəfindən aparıldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan, pandemiya dövrü ərzində Türkiyənin şəhər xəstəxanalarının fəaliyyətinin qürurverici olduğunu qeyd edib.

Bütün dünyanı öz mənfi təsiri altına alan pandemiya dövrü ərzində hər kəsin diqqətli olmasının, qaydalara riayət etməsinin vacibliyini vurğulayan Türkiyə Prezidenti, bu dövr ərzində dünyanın müxtəlif ölkələrindən 90 minədək Türkiyə vətəndaşının Vətənə gətirildiyini bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın potensial rəqibləri AZALDI

SONRAKI XƏBƏR

Bill Geyts: Pandemiya 2021-ci ilin sonunda başa çatacaq