Tramp: ABŞ Livana əlavə yardım göndərəcək

Tramp: ABŞ Livana əlavə yardım göndərəcək

Bakı. Trend:

ABŞ Livana Beyrutda baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması üçün əlavə yardım göndərəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Livanla bağlı çox əhəmiyyətli bir konfrans keçirdik. Bir çox suallar hazırlanmışdı <...>, bir çox ölkə kömək etmək niyyətindədir".

ABŞ prezidenti xatırladıb ki, onun ölkəsi artıq Livana artıq üç C-17 hərbi-nəqliyyat təyyarəsi ilə qida və tibbi ləvazimatlar göndərib.

Mənbə: az.trend.az