Ərdoğan: “Koronavirus peyvəndinin sınaqları uğurlu oldu“

Ərdoğan: “Koronavirus peyvəndinin sınaqları uğurlu oldu“

"Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur".

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan COVID-19-a qarşı 8 vaksin və 10 preparatın hazırlanması üzərində iş gedir.

"Türkiyə həkimləri tərəfindən hazırlanan koronavirusa qarşı iki vaksin heyvanlar üzərində sınaqlardan müvəffəqiyyətlə keçib. Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib", - dövlət başçısı bildirib.

Son sutkada ölkədə COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

Mənbə: publika.az