Ərəb Liqasından Livan açıqlaması: Bu, dönüş nöqtəsidir

Livanda yaşananlar ərəb xalqlarının sərt rejimlərə qarşı mübarizəsində mühüm bir dönüş nöqtəsidir.

Axar.az xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının yaydığı bəyanatda bildirilib.

“Livanda baş verənlər ərəb siyasi rejimlərinin gəlib çatdığı yeri göstərir. Xalqlar bir seçim etməlidir: ya əvvəlki siyasi rejim yox ediləcək, ya da bu rejimlər xalqı məhv edəcək. Lakin biz bu köhnəlmiş rejimin son nəfəsini verdiyinə inanırıq”, - bəyanatda deyilib.

Qeyd edək ki, Beyrut limanında 4 avqustda partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın başlayıb, sonra bütün şəhəri sarsıdan güclü partlayış baş verib. Hadisə zamanı həyatını itirənlərin sayı 158, yaralılar isə 6 minə yüksəlib. Bundan sonra ölkədə etirazlar başlayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın potensial rəqibləri AZALDI

SONRAKI XƏBƏR

Bill Geyts: Pandemiya 2021-ci ilin sonunda başa çatacaq