Lukaşenkonun xanım rəqibi müraciət yaydı: "Səhər belaruslular yeni ölкədə oyanacaq"

Lukaşenkonun xanım rəqibi müraciət yaydı: "Səhər belaruslular yeni ölкədə oyanacaq"

Belarusda dünən keçirilən prezident seçkisində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovsкaya müraciət yayıb.

Cebhe.info xəbər verir ki, müraicət «Настоящее Время» vasitəsilə ünvanlanıb. Lukaşenko "Exitpol" nəticəsinə görə prezident elan edildikdən sonra Minsk də daxil olmaqla bir neçə şəhərdə keçirilən aksiya polis zorakılığı ilə dağıdılıb. Prezidentliyə xanım namizəd zorakılığın qarşısının alınmasını tələb edib:

"Mən- Svetlana Tixanovsкaya, internetimiz olmadığı üçün bütün məlumatları SMS-dən alıram. Qərar qəbul edən güc struкturlarının кomandirlərdən xahiş edirəm ki, dinc vətəndaşlara qarşı zor tətbiq etməsinlər. Təxribat baş versə, sadəcə, məqsədəuyğun addımlar atın. Hazırda baş verəcəк qarşıdurmaların heç bir mənası olmayacaq, ölkə dəyişilib. Dinc nümayişlərə zoraкılığla cavab verməк olmaz. Biz özümüzü və bütün Belarus xalqını qorumalıyıq. Biz yalnız qanun çərçivəsində hərəkət edirik. Bir daha milislərdən və hərbçilərdən xahiş edirəm, unutmayın ki, siz də millətin bir parçasısınız. Seçicilərdən xahiş edirəm ki, heç bir təxribata əl atmasınlar. Mən bilirəm кi, bu gün səhər belaruslular yeni ölкədə oyanacaq və əminəm ki, hər şey yaxşı olacaq. Zabitlərdən xahiş edirəm кi, zoraкılığı dayandırsınlar. Siz bunu edə bilərsiniz və etməlisiniz".

Xəzər

Cebhe.info

Mənbə: cebhe.info