Beynəlxalq donorlar Livana 252 milyon avro vəd ediblər

Beynəlxalq donorlar Livana 252 milyon avro vəd ediblər

BMT və Fransanın təşkilatçılığı ilə baş tutan konfransda Livana yardım məqsədilə 252 milyon avro vəd edilib...

BMT və Fransanın təşkilatçılığı ilə baş tutan konfransda Livana yardım məqsədilə 252 milyon avro vəd edilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Fransa Prezident Administrasiyası bəyanat verib.

Bildirilib ki, prezident Emanuel Makron Livana yardım üçün beynəlxalq donorlardan vəd alıb.

Əlavə edilib ki, donorların beynəlxalq toplantısında partlayışdan zərər çəkən Livana yardım məqsədilə 252 milyonun gələn həftələrdə sərf edilməsi vədi verilib.

 

Qeyd edək ki, cari ayın 4-də Beyrut dəniz limanında baş verən partlayış nəticəsində paytaxtın yarısı dağılıb və ya xəsarət alıb. Azı 200 nəfər ölüb və 4 min insan yaralanıb. Bu partlayışın ziyanı 3-5 milyard dollar arasında təxmin edilir.

Mənbə: www.interaztv.com