İsrail Livanın su və hava məkanını pozub

İsrail Livanın su və hava məkanını pozub

...İsrailin hərbi təyyarə və gəmiləri Livanın hava və su məkanını pozub.

İsrailin hərbi təyyarə və gəmiləri Livanın hava və su məkanını pozub.

İnterAz SalamNews- istinadla xəbər verir ki, bu barədə ölkə ordusunun komandanlığından açıqlama verilib.

Bildirilib ki, İsrailin hərbi təyyarələri ötən gecə Livanın cənubunda Naqura bölgəsi səmasına daxil olub və bir müddət uçuşlar həyata keçirərək, geri dönüb.

Əlavə edilib ki, İsrailin bir hərbi gəmisi də Rəs-Naqura bölgəsində Livan sularına daxil olub.

 

Qeyd edək ki, Livan hökuməti bundan öncə İsrailin intensiv hava məkanını pozması ilə bağlı BMT-ə şikayət edib. Hizbullah-ın müqavimətilə İsrail 2000-ci ildə Livanın cənubunu tərk etsə də ölkənin Məzare-Şəba bölgəsi hələ də işğaldadır.

Mənbə: www.interaztv.com