“2018-ci il 2008-ci ilin rəngli inqilabının davamı idi, revanşistlər geri döndülər” – Şarmazanov

“2018-ci il 2008-ci ilin rəngli inqilabının davamı idi, revanşistlər geri döndülər” – Şarmazanov

“Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan-Azərbaycan sərhəd gərginliyi ilə bağlı beynəlxalq arenada heç nə etməyib”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Şarmazanov qeyd edib ki, Ermənistan cəmiyyəti müasir dövrdə məyusluq mərhələsinə daxil olub.

“2018-ci il 2008-ci ilin rəngli inqilabının davamı idi, revanşistlər geri döndülər, ox Qarabağ məsələsidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az