Ukraynada daha 1008 nəfərdə koronavirus tapıldı

Ukraynada daha 1008 nəfərdə koronavirus tapıldı

Ukraynada son gündə 1008 yeni koronavirus infeksiyası aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi Milli Təhlükəsizlik və Müdafiə Şurasının koronavirus epidemiyasının yayılmasını izləyən sisteminə istinadən məlumat yayıb.

Qeyd olunur ki, pandemiyanın başlanğıcından bəri ümumi yoluxanların sayı bazar ertəsi günü səhər saatlarınadək 81 957 nəfər olub, 44 359 nəfər sağalıb, 1922 insan isə ölüb.

Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski konfrans zamanı Ukraynanın koronavirus infeksiyasının ikinci dalğasına hazır olduğunu bildirmişdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az