Lukaşenko üçün yeni mərhələ: “Sərt siyasət apara bilməyəcək”

Lukaşenko üçün yeni mərhələ: “Sərt siyasət apara bilməyəcək”

“Belarusda keçirilən seçkilərin ilkin nəticələri məlum olub. Hazırkı prezident Aleksandr Lukaşenkonun qalib elan edilib. Müxalifətin namizədi, Lukaşenkonun əsas alternativi Svetlana Tixanovskaya nəticələrlə razılaşmadığını elan edib.

Siyasətçi olmayan və Qərb tərəfindən heç də ciddi dəstəklənməyən S.Tixanovskayanın hakimiyyəti ələ almaq şansı yoxdur”.

Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Qərb ölkələrinin bəziləri A.Lukaşenkonun qələbəsini tanımasa da bu, həlledici olmayacaq. Amma bundan sonra, siyasiləşmiş Belarus cəmiyyəti Lukaşenko üçün bir başağrısı olacaq və onun əvvəlki kimi sərt siyasət aparmasına imkan verməyəcək:

“Qeyd edim ki, bu seçkilərdən sonra Belarusda yeni siyasi mərhələ başlayır və bu prezident üçün çox çətin bir dönəm olacaq. Daxildə siyasi situasiyanın gərgin olacağı da qaçılmazdı. Xarici siyasətdə Rusiya ilə əlaqələrində soyuqluq, əvəzində Lukaşenko daha da Qərblə əlaqələrin yumşalmasına çalışacaq. ABŞ da Lukaşenkonun Rusiya siyasətinə diqqət edəcək. Əgər, Minsk Moskva ilə məsafəli davranacaqsa, Vaşinqton A.Lukaşenkoya dəstək verəcək. Onu da deyim ki, Belarusda siyasi vəziyyətin mürəkkəbləşməsi qaçılmazdı və bu uzaq perspektivdə gözlənilmir. Azərbaycan baxımından Belarusda A.Lukaşenkonun hakimiyyətdə qalması, Azərbaycanın maraqlarına cavab verir. Ermənistanın KTMT müttəfiqi olan Belarus daha da Azərbaycanla əlaqələrə önəm verir. Əgər, Belarusda müxalifət meydanalara böyük insan kütləsi çıxara bilərsə, bu ölkədə inqilaba gətirə bilər. İnqilabın baş verməsi, ölkə üçün ağır nəticələrə gətirib çıxara bilər. Bundan istifadə edən Rusiya Belarusa qoşun yeridə bilər. Ona görə də Qərb də Belarusda siyasi vəziyyətin böhrana uğramasında maraqlı deyil”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info