6 körfəz ölkəsi BMT-nin İrana silah embarqosunun uzadılmasını dəstəkləyib

6 körfəz ölkəsi BMT-nin İrana silah embarqosunun uzadılmasını dəstəkləyib

Körfəz Əməkdaşlıq Şurası İrana döyüş təyyarələri, tanklar və döyüş gəmiləri kimi silahların alınmasına mane olan silah embarqosunun uzadılmasını dəstəkləyib. Ordu.az xəbər verir ki, təşkilat bunun üçün BMT Təhlükəsizlik Şurasına məktub göndərib.

Şura İranın “qonşu ölkələrə silahlı müdaxilələrinə görə” məsuliyyət daşıdığını iddia edib.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurası Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri olmaqla 6 üzvdən ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az