İraqın sünni müftisi: "Cihada hazırıq"

İraqın sünni müftisi: "Cihada hazırıq"

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın əhli-sünnə müftisi iraqlı şiələrin və sünnilərin əksəriyyətinin ABŞ-a qarşı və Amerika qoşunlarının ölkədən çıxarılması üçün cihada hazır olduqlarını söyləyib.

Bu barədə "Əl-Malumə" saytı bazar günü məlumat yayıb.

İraqın əhli-sünnə müftisi Şeyx Mehdi əs-Samidei "Çox zülm görən sünnilər ABŞ ordusuna qarşı bir cihada 2003-dəkindən daha yaxşı hazırdılar", - deyib.

İraqlılar Amerika qüvvələrinin ölkələrində mövcudluqlarını davam etdirməsinə qarşı olduqlarını uzun müddətdir bildirirlər.

5 yanvar 2020-ci ildə İraq parlamentinin üzvləri ABŞ qoşunlarının İraqdan çıxarılması planını təsdiqləyib.

 

Vaxtaşırı təşkil etdikləri etirazlarla İraq xalqı digər xarici güclərin, xüsusən də ABŞ-ın bu ölkədən çıxmasını istəyir.

Mənbə: Welayet News

Mənbə: eastnews.org