Erməni siyasi analitik: “Beyrutun partlayışlarına Ermənistanın reaksiyası hər hansı şəkildə düzgün deyildi”

Erməni siyasi analitik: “Beyrutun partlayışlarına Ermənistanın reaksiyası hər hansı şəkildə düzgün deyildi”

“Həm cəldlik, həm keyfiyyət, həm də ünvan baxımından Beyrutun partlayışlarına Ermənistanın reaksiyası hər hansı şəkildə düzgün deyildi”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi analitik Karen Bekaryan deyib.

Bekaryan qeyd edib ki, partlayışdan sonra mümkün qədər tez Ermənistan Baş nazirinin Livan dövlətinə başsağlığı olmalı və ən qısa müddətdə yardım göstərilməli idi.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az