Ermənistan Azərbaycanı dəniz nəqliyyatı infrastrukturuna və neft-qaz hasilatı rayonlarına hücum ilə hədələyib

Ermənistan Azərbaycanı dəniz nəqliyyatı infrastrukturuna və neft-qaz hasilatı rayonlarına hücum ilə hədələyib

Erməni “strateqlərin” fikrinə görə, dəniz kommunikasiyalarının və limanların dağıdılması Azərbaycanı “məhv olma həddinə” çatdıra biləcək.

“MediaPost” xəbər verir ki, bu məlumatı Ermənistanda fəaliyyət göstərən www.lragir.am saytı öz səhifəsində yayımlayıb. Belə ki, Azərbaycanı “insansızlıqda” ittiham edən ermənilər ölkəmizin hərbi məqsədlər üçün istifadə edilməyən dəniz kommunikasiyalarını və limanlarını hədələyir. Livanın Beyrut şəhərində baş vermiş şiddətli partlayışı nümunə gətirməklə, bu kimi partlayışın Azərbaycanda baş verəcəyi halda, ölkə iqtisadiyyatının iflasa uğrayacağı təhlükəsi ilə üzləşəcəyini bəyan edirlər.

Dəniz daşımalarının və neft-qaz hasilatının ölkə iqtisadiyyatında böyük əhəmiyyətə malik olduğunu vurğulayan erməni terrorçuları öz çirkin niyyətlərini gizlətmirlər.

Öz növbəmizdə, erməni “strateqlərə” xatırladırıq ki, Azərbaycan Respublikasının öz milli maraqlarını, o cümlədən dövlət iqtisadiyyatını, əsas gəlir mənbələrindən olan neft-qaz hasilatı rayonlarını, dəniz kommunikasiyalarını və gəmiçiliyin müdafiəsi üçün yetəri qədər imkanları var.

Onu da qeyd edək ki, Ermənistanın mülki infrastrukturu açıq şəkildə hədələməsi, terror-təxribat fəaliyyətlərinə əl atmaq niyyətini gizlətməməsi, və digər bu kimi iddialarının Azərbaycan Xarici İşlər Nazirliyinin diqqət mərkəzində olduğuna, vaxtında və adekvat reaksiyanın göstəriləcəyinə əminik.
 

 

Mənbə: big.az