Pentaqon Amerika qoşunlarının Avropadakı yerdəyişməsini izah edib

Pentaqon Amerika qoşunlarının Avropadakı yerdəyişməsini izah edib

“Amerika qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması və başqa yerlərə yerdəyişməsi Rusiyanın çəkindirilməsini gücləndirmək məqsədi daşıyır”. Ordu.az “Fox News” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib.

O qeyd edib ki, ABŞ Rusiya ilə sərhədə yaxın hissəyə daha çox hərbi qulluqçu göndərəcək.

Esper əlavə edib ki, NATO üzvlərinin əksəriyyəti əvvəllər ABŞ prezidenti Donald Tramp tərəfindən verilən bu qərarı dəstəkləyib.

Qeyd edək ki, Birləşmiş Ştatlar 12 000 hərbi qulluqçusunu Almaniyadan çıxaracaq, onların əksəriyyəti Amerikaya qayıdacaq, qalanları İtaliya və Belçikaya köçürüləcək.
 

 

Mənbə: ordu.az