Şəhid Famil Qulaminin barelyefi niyə götürülüb? - İcra Hakimiyyəti səbəb göstərdi

Şəhid Famil Qulaminin barelyefi niyə götürülüb? - İcra Hakimiyyəti səbəb göstərdi

Sosial şəbəkələrdə Tərtər rayonunda şəhid Famil Qulami küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.

İddia olunur ki, şəhid Famil Qulamini adına olan küçənin adının dəyişdirilməsi və barelyefinin götürülməsi Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun göstərişi ilə edilib.

Məsələni dəqiqləşdirmək üçün Tərtər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən Cebhe.info-ya verilən məlumata görə, şəhid Famil Qulami adına olan küçənin adının dəyişdirilməsi ilə bağlı iddialar əsassızdır.

“Küçənin adı dəyişdirilməyib. Famil Qulami küçəsində abadlaşdırma işləri görülüb”,-deyə bildirilib. Famil Qulaminin barelyefinin götürülməsi məsələsinə isə belə aydınlıq gətirilib:

“Barelyef və ya büstün qoyulması Nazirlər Kabinetinin müaviq qərarı ilə tənzimlənir. Ancaq xüsusi təltifi olan şəxslərə (“İgidliyə görə” medal, “Bayraq” ordeni və sair) barelyef və ya büstün qoyulması mümkündür”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info