Erməni deputat: “Beşgünlük rus-gürcü müharibəsi qonşu ölkələr, eləcə də biz Ermənistan üçün dərs idi”

Erməni deputat: “Beşgünlük rus-gürcü müharibəsi qonşu ölkələr, eləcə də biz Ermənistan üçün dərs idi”

12 il əvvəl bu gün, 2008-ci il avqustun 7-də düz beş gün davam edən və avqustun 12-də başa çatan rus-gürcü müharibəsi başladı. Ermənistan parlamentinin deputatı Arman Babacanyan öz “Facebook” səhifəsində yazıb ki, qısamüddətli bu müharibə bölgəmiz üçün dönüş nöqtəli əhəmiyyətə malik oldu.

“Region əslində həm coğrafi, həm də geosiyasi baxımdan yenidən təsnif edildi. Beşgünlük rus-gürcü müharibəsi qonşu ölkələr, eləcə də biz Ermənistan üçün dərs idi”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az