İranın yüksək çinli rəsmisi Livana səfər edəcək

İranın yüksək çinli rəsmisi Livana səfər edəcək

Eastnews.org-un verdiyi xəbərə görə, İran rəsmilərinin Livana səfər etməsi ilə bağlı fikirləri cavablandıran İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi bildirib ki, ölkənin yüksək çinli rəsmilərindən birinin səfəri gündəmdədir və yaxın günlərdə açıqlanacaq.

Seyid Abbas Musavi jurnalistlərlə keçirdiyi mətbuat konfransında "Livana rəsmi səfər etsək də etməsək də həmişə Livan tərəfindəyik və İranın bu ölkəyə yardımı davam edir", - deyib.

Qeyd edək ki, İran Livana humanitar yardım göndərən ilk ölkələrdən biridir.

Mənbə: eastnews.org