Ölkəni tərk etdiyi deyilən Lukaşenkodan ilk BƏYANAT

Belarus lideri Aleksandr Lukaşenko dünən ölkədə keçirilən prezident seçkilərindən sonra ilk bəyanatını verib.

Unikal.org BELTA saytına istinadən xəbər verir ki, avqustun 10-da Lukaşenko Belarus Milli Biotexnologiya QSC-də olub.

“İnsanlar, siyahət vahid olmalıdır”, - deyə Lukaşenko səfəri zamanı bildirib.

Lakin müxalif resurslar onun dünən ölkəni tərk etdiyini deyir. “PlaneFinder” saytının məlumatına əsasən, Lukaşenko Türkiyəyə uçub.

Dövlət başçısının Minskdən uçmağa hazırlaşdığını isə “NEXTA Telegram” kanalı məlumat vermişdi. Resurs bildirmişdi ki, laynerin heyəti iş başındadır, pilotlar hava limanında gecələyiblər.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

“Zorakılıq etməyin!...” - Tixanovskaya çağırış etdi

SONRAKI XƏBƏR

Rubrika: Səhra həkimləri: Cibində qumbara gəzdirən arıq qız, ali təhsili yarımçıq qoyan kontuziya, yol gözləyən şəhid bacısı…