Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

Fars Körfəzində yerləşən ərəb dövlətlərinin Şurası KƏT İrana qarşı silah enbarqosunun uzadılmasını istəyiblər...

Fars Körfəzində yerləşən ərəb dövlətlərinin Şurası KƏT İrana qarşı silah enbarqosunun uzadılmasını istəyiblər.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Körfəz Əməkdaşlıq Təşkilatı ötən gün verdiyi bəyanatda BMT Təhlükəsizlik Şurasının İrana qarşı sabiq silah enbarqosu qərarının uzadılmasını istəyib.

ABŞ dövlət katibi Mayk Pompeo məsələyə münasibət bildirib və KƏT-in bəyanatını alqışlayıb.

Eyni zamanda İranın Xarici İşlər Nazirliyi Körfəz Ərəb Dövlətlərinin bəyantını kəskin tənqid edib. İran XİN-in sözçüsü Seyid Abbas Musəvi KƏT-in bəyanatını əsassız və qeyri konstruktiv adlandırıb.

Qeyd edək ki, nüvə sazişinə əsasən İrana qarşı silah enbarqosu cari ayın oktyabr ayında bitir. Sazişdən çıxan ABŞ müxtəlif dövlətlərə təzyiqlər göstərərək, sabiq BMT qərarının qüvvədə qalmasını tələb edir.

Mənbə: www.interaztv.com