Jirinovski Lukaşenkoya elə sözlər dedi ki...

Jirinovski Lukaşenkoya elə sözlər dedi ki...

 

Ötən gecə Belarusda baş verən hadisələr respublikanın hazırkı prezidenti Aleksandr Lukaşenkonun nəinki gəncləri, həm də orta və yaşlı nəsilləri, nəinki mülki şəxsləri, həm də çiyində ulduz olanları (rütbəli şəxsləri-red.) itirdiyini göstərdi.

Teleqraf.com “RİA-Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Prezidentliyə namizədləri həbsxanaya doldurmaq, sonra – səs sayılan gecə etirazçıları həbs etmək vəhşilik və rüsvayçılıqdır. Əlbəttə, bütün Belarus Lukaşenkaya qarşı üsyan etdi. Biz bu gün onun tam məğlubiyyətini müşahidə edirik. O yalnız gəncləri deyil, həm də orta və yaşlı nəsilləri, yalnız mülki şəxsləri deyil, həm də çiyində ulduz daşıyanları – bütün ölkəni itirdi”, – deyə Jirinovski öz “Telegram-kanal”ında yazıb.

Rusiyalı siyasətçinin fikrincə, “Belarusda nə proletariat diktaturası, nə Sov.İKP diktaturası, nə də Lukaşenko diktaturası keçmədi”.

Jirinovski daha sonra yazıb:

“Bu, respublikada bolşevik rejiminin sonu idi. Belaruslar, sağ olun. Afərin! Nəhayət, cəsarət tapdınız və diktaturaya qətiyyətlə yox dediniz”.

 

Mənbə: teleqraf.com