Erməni politoloq: “Qarabağı BMT protektoratı altında qoymaq yeni müharibəyə səbəb ola bilər”

Erməni politoloq: “Qarabağı BMT protektoratı altında qoymaq yeni müharibəyə səbəb ola bilər”

“Dağlıq Qarabağı qeyri-müəyyən müddətlə BMT protektoratı altında qoymaq nəinki Dağlıq Qarabağ problemini həll edə bilməz, həmçinin vəziyyəti daha da çətinləşdirəcək və münaqişəni dondurmaq əvəzinə yeni müharibəyə səbəb ola bilər”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri, səfir Riçard Hoqlandın Dağlıq Qarabağ problemini ATƏT sahəsindən BMT sahəsinə keçirməklə bağlı son bəyanatına toxunarkən deyib.

Danielyanın sözlərinə görə, bənzər fikirlər çox səslənib, lakin tərəflər, ilk növbədə Azərbaycan buna razı olmayacaq, çünki Azərbaycan Dağlıq Qarabağı öz ərazisi hesab edir və öz suverenliyini hər hansı statusda BMT-yə güzəştə getməyəcək, lakin razı olsa belə, bənzər halda ciddi məsələlər yarana bilər.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az