ABŞ qırıcıları Rusiya sərhədini pozdu

ABŞ qırıcıları Rusiya sərhədini pozdu

Rusiyanın Su-27 qırıcısı ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarəni Qara dəniz üzərində müşahidə edib.

Cebhe.info xəbər verir ki, bu barədə Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat verib.

"10 Avqust 2020-ci il tarixində Qara dənizin neytral suları üzərində Rusiya hava məkanına nəzarət cihazları Rusiya dövlət sərhədinə yaxınlaşan iki hava hədəfi aşkarlayıb. Hədəfləri ələ keçirmək üçün Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinin Su-27 qırıcısı havaya atılıb”-deyə, məlumatda qeyd olunur.

Milli Müdafiə Nəzarəti Mərkəzi əlavə edib ki, kəşfiyyat təyyarələri Rusiyanın dövlət sərhəddindən çıxdıqdan sonra, Rusiya qırıcısı etibarlı şəkildə bazadakı aerodroma geri dönüb. Rusiya dövlət sərhədinin Amerika təyyarələri tərəfindən pozulmasına yol verilməyib.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info