Beyrut partlayışının səbəblərində siyasi məqsəd var idi? - İstintaq açıqlayır

Beyrut partlayışının səbəblərində siyasi məqsəd var idi? - İstintaq açıqlayır

Livanın paytaxtı Beyrutda 4 avqustda baş verən dağıdıcı partlayışın səbəbləri ilə bağlı ilkin versiyalar müəyyənləşib.

Publika.az xəbər verir ki, istintaqa yaxın mənbələrin məlumatına görə, kimyəvi maddələrin Beyrut limanına gətirilməsi siyasi məqsəd daşımır.

İstintaq hazırda korrupsiya və səhlənkarlıq versiyaları üzərində dayanıb. Ən çox ehtimal edilən variant cəmiyyətdəki korrupsiya ilə birbaşa əlaqəli səhlənkarlıqdır. Livan hökumətinin yeddi ildən çoxdur ki, Beyrut limanının anbarlarında saxlanılan təhlükəli ammonium-nitrat maddəsindən qurtula bilməməsi də burada diqqətçəkən məqamdır.

Mənbələrin məlumatına görə, hər şey kimyəvi maddələrin Beyrut limanına çatdırılmasının siyasi məqsədlər daşımadığını göstərir.

Bununla belə, partlayış və ya hava hücumu ehtimalı istisna edilmir.

Mənbə: publika.az