Almaniyada hakimiyyət bölgüsü-Prezident və kansler müəyyənləşir

Almaniyada hakimiyyət bölgüsü-Prezident və kansler müəyyənləşir

Almaniyanın sabiq kansleri Gerhard Şröder ölkə prezidentliyinə namizəd olacağı barədə məlumatları təkzib edib.

Cebhe.info-nun məlumatına görə, Şröder Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayerin bu posta ikinci müddətə namizədliyinin tərəfdarı olduğunu deyib. Almaniyanın “Morning Briefing” analitik mərkəzi qeyd edir ki, seçkilərin 2022-ci ilin yazına nəzərdə tutulsa da Şröderin gözlənilməz təklifi federal prezident postuna namizədliklə bağlı müzakirələrə yol açır. Eyni zamanda, bu təklif 2021-ci ilin payızında keçiriləcək parlament seçkilərindən sonra hakimiyyətin yuxarı zirvəsində rolların bölüşdürülməsinə dair Xristian Demokrat İttifaqının timsalında mühafizəkarların hakim koalisiyadakı kiçik tərəfdaşı olan Bavariya Xristian Sosial İttifaqının işləyib hazırladığı sxemə əhəmiyyətli düzəlişlər edir.

Hazırda müzakirə edilən seçimə görə, son vaxtlara qədər XDİ-nin sədri və kansler vəzifəsinə əsas namizəd, Şimali Reyn-Vestfaliyanın baş naziri Armin Laşet Stayenmayerin əvəzinə Almaniyanın prezidenti olmalı idi. Bu, koronavirusla uğursuz mübarizə fonunda populyarlığını itirən Laşetin XDİ sədrliyindən imtina etməsi üçün bir növ təzminatdır. Digər rəsmi namizədlər daha sonra XDİ-nın rəhbəri vəzifəsinə müraciət edə bilər. Laşetdən sonra partiyanın iqtisadi qanadının lideri Fridrix Merz bu posta seçilmək üçün ən yüksək şansa malikdir. Doğrudur, pandemiya ilə mübarizədə sürətlə populyarlıq qazanan səhiyyə naziri Yens Şpanın da adı tez-tez çəkilir. Üstəlik, bu partiyadakı pərdə arxasında olan bəzi oyunçuların fikrincə, o, yalnız XDİ sədri vəzifəsini ala bilər. Bütün blokun kansler vəzifəsinə namizədi və Angela Merklein varisi isə Bavariyanın baş naziri Markus Zyöder ola bilər.

Mənbə: cebhe.info