“Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi tamamilə mümkündür”

“Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi tamamilə mümkündür”

Fəzail Ağamalı: “Ehtiyac olarsa, bu məsələ dövlət başçıları səviyəsində öz həllini tapa bilər”

“Azərbaycan-Türkiyə hərbçilərininbirgə təlimləri düşmənə sadəcə xəbərdarlıq mesajı deyil

Bu gün Azərbaycan vəTürkiyə hərbçilərinin birgə təlimləri başa çatıb. Sabah isə Azərbaycanın xariciişlər naziri Türkiyəyə səfər edəcək.

Maraqlıdır, Azərbaycan-Türkiyəmünasibətlərinin mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Bu münasibətlərindaha da inkişaf etdirilməsi, konfederasiya və s. kimi birlik formasında yeni birmərhələyə qaldırılmasına ehtiyac varmı?

Moderator.az-a açıqlamaverən millət vəkili Fəzail Ağamalı bu münasibətlərin sürətlə inkişaf etdiyini vəgələcəkdə də inkişaf etməkdə davam edəcəyini vurğulayıb:

“Azərbaycan-Türkiyəmünasibətləri öz yüksək inkişaf dövrünü yaşamaqdadır. Bu münasibətlər bütün sahələriəhatə edir. Bu, heç də təsadüfi deyil. Ulu öndərimizin dediyi kimi, biz birmillət, iki dövlətik.

Hörmətli Rəcəb Tayyib Ərdoğanınhakimiyyəti illərində Türkiyə çox gücləndi. Onun rəhbərliyi dönəmində Türkiyənindövlətçiliyi daha da möhkəmləndi. Beynəlxalq aləmdə nüfuzu daha da artdı.Vaxtiylə Türkiyəni küncə sıxışdıran Qərb, indi Türkiyənin gücü ilə hesablaşmalıolur. Türkiyə həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan sürətlə inkişafetməkdədir. Türkiyənin bu cür sürətli inkişafında böyük dövlət adamı, Azərbaycanaböyük sevgisi olan çox hörmətli R.T.Ərdoğanın böyük rolu var. Türkiyə bu gün İraq,Suriya, Livan kimi ölkələrdə də öz hərbi qüdrətini ortaya qoyur. TürkiyəQafqazda da xüsusi aktivlik sərgiləyir və Azərbaycanı birmənalı şəkildə müdafiəedir.

 

Tovuz istqiamətində gedəndöyüşlərdə Türkiyə həm XİN, həm Müdafiə Nazirliyi, həm də ölkə prezidenti səviyyəsindəciddi mövqe ortaya qoydu, Ermənistana və onun arxasındakı ölkələrə əhəmiyyətlimesajlar verdilkər. Bunun üstündən çox keçməmiş Türkiyə ilə Azərbaycan arasındabugünə qədərki təlimlərin ən uzunu və irimqiyaslı keçirildi. Bu təlimlərişğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq mahiyyəti daşımırdı. Bu təlimlərdəhəm də, gələcəkdə ehtiyac olarsa, Türkiyə və Azərbaycanın hərbi qüvvələrininbirgə hərbi əməliyyatlarda iştirakının üsul və formaları məşq edildi.

Son vaxtlar Türkiyənin Azərbaycandahərbi baza yerləşdirməsi ilə bağlı təkliflər səslənir ki, bu da tamamiləmümkündür. Ehtiyac olarsa, dövlət başçıları səviyəsində bu məsələ öz həllinitapa bilər. Bəzi şəxslər konfederasiya ilə bağlı da fikirlər səsləndirir. Hesabedirəm ki, bu, indiki zaman kəsimində o qədər də aktual deyil. Ola bilsin ki, gələcəkdətürkdilli dövlətlərin fəaliyətini əlaqələndirəcək yeni formalar meydana çıxsın.Bu, istisna deyil.

Türkiyə ilə Azərbaycanarasıdna münasibətlər ən yüksək səviyyədədir. Iki dövlət asrasında münasibətlərbundan sonra da inkişaf etməkdə davam edəcək. Bu cür müttəfiqlik cənab İlhamƏliyevin dediyi kimi, dünya dövlətlərinin heç birinin arasında yoxdur. Bumünasibətlə hər iki dövlətin strateji maraqlarına tamamilə uyğundur və onlarıninkişafına öz töhfəsini verməkdədir”.

Mənbə: moderator.az