Livan hökuməti istefa verdi

Livan hökuməti istefa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri bildirib.

Bununla da Livan hökuməti ölkə əhalisinin tələblərindən birini yerinə yetirib. Vətəndaşlar həm də parlamentin buraxılmasını və islahatların həyata keçirilməsini tələb edirlər.

Qeyd edək ki, Beyrut limanında baş verən partlayışdan sonra ölkədə nümayişlər keçirilir.

Avqustun 4-də baş vrən partlayışda 200 nəfərin həlak olduğu, onlarla insanın itkin düşdüyü, 6 minədək insanın yaralandığı bildirilir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Maliyyə savadlılığı ilə bağlı növbəti vebinarlar keçirilib

SONRAKI XƏBƏR

Belaruslular növbəti dörd il üçün dövlətin inkişafı naminə seçim etdilər