XİN başçısı: "Çexiyanın Belarusda etiraz aksiyalarının təşkilində heç bir əlaqəsi yoxdur"

XİN başçısı: "Çexiyanın Belarusda etiraz aksiyalarının təşkilində heç bir əlaqəsi yoxdur"

"Çexiya və onun ayrı-ayrı strukturlarının Belarusda prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarının təşkili ilə heç bir əlaqəsi yoxdur".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek Belarus Prezidenti Aleksandr Lukaşenkonun müvafiq ittihamlarına cavab olaraq jurnalistlərə açıqlamasında bildirib.

XİN başçısı deyib ki, Çexiya həqiqətən uzun müddətdir Belarusdakı vətəndaş cəmiyyətinə dəstək verir. T. Petrşiçek eyni zamanda, ölkəsinin Belarusda seçkidən sonrakı etiraz aksiyalarının təşkilində iştirak etməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

O bu ittihamla bağlı Belarus Prezidentinin heç bir dəlil göstərmədiyini vurğulayıb.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 9-da ölkədə baş tutan prezident seçkilərindən sonrakı aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib.

Mənbə: apa.az