Millət vəkili Nigar Arpadarai məşğulluq haqqında AR qanununa öz təkliflərini səsləndirib

Millət vəkili Nigar Arpadarai məşğulluq haqqında AR qanununa öz təkliflərini səsləndirib

Millət vəkili Nigar Arpadarai Milli Məclisin sessiyası zamanı “Məşğulluq haqqında” AR Qanununa təkliflərini səsləndirib.Milli Məclisin sessiyası zamanı “Məşğulluq haqqında” AR Qanununa öz təkliflərini səsləndirib.

Daha sonra Millət vəkili özünəməşğulluq proqramının əhatə dairəsini genişləndirərək, onun ancaq ‘işsiz və işaxtaran kimi qeydiyyata düşən’ vətəndaşlara yox, öz biznesini yaratmaq istəyən vətəndaşlara da şamil olunmasının tərəfdarı olduğunu qeyd edib. Xatırladaq ki, proqrama əsasən işsiz və işaxtaran şəxslərə 2 il müddətinə əmlak istifadəyə verilir və bu müddət ərzində bu şəxslər biznes planda müəyyən olunmuş fəaliyyəti həyata keçirdikləri təqdirdə bu əmlak onların əvəzsiz mülkiyyətinə verilir.

Millət vəkilinin ikinci və əsas təklifi, qadınların məşğulluq məsələsi ilə bağlı olmuşdur. O, bu mövzunun xüsusi önəm daşıdığını və seçkiqabağı təşviqat zamanı seçicilərinə bu mövzuda çalışacağına söz vermişdir.

Məşğulluq haqda qanunda, dinindən, cinsindən və s. meyarlardan asılı olmayaraq, hər kəsə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi qeyd olunur. Lakin reallıqda qadınların, xüsusilə də, ailə qurub övlad dünyaya gətirən qadınların (xüsusilə, analıq həyatının ilk illərində) imkanları daha məhdud olur. İşəgötürən çox zaman kişi namizədə üstünlük verir. Dövlət qanunda göstərilən bu bərabərliyi təşviq etməlidir.

Millət vəkili eyni zamanda qeyd edib ki, qanunda nəzərdə tutulan “sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərlərin siyahısına” aşağıdakı qrup qadınlar daxil olmalıdır: övlad dünyaya gətirən və uşağı müəyyən yaşa çatdıqdan sonra karyera qurmaq istəyən qadınlar və həyat yoldaşını itirmiş, övladları olan qadınlar. Hər iki kateqoriya həssas qrupdur. Belə olarsa, peşə hazırlığı təlimləri və digər mexanizmlər onlara da şamil olunacaq.

Millət vəkili sonda qadınların məşğulluq məsələsinin təşviqi ilə bağlı gələcəkdə bir çox təkliflər irəli sürməyi planlaşdırdığını qeyd edib.

Mənbə: ednews.net