Almaniyanın Xarici İşlər naziri Livana səfər edəcək

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Livana səfər edəcək.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə Hayko Maas "Deutschlandfunk"a müsahibəsində deyib.

Avqustun 12-də Beyruta səfər edəcəyini bildirən Almaniya XİN başçısı ölkəsinin Livana dəstək verməyə hazır olduğunu, lakin eyni zamanda, Livanda islahatların keçirilməsinin vacibliyini vurğulayıb. H. Maas əlavə edib ki, bu səfərin məqsədi də islahatların keçirilməsini tələb etməkdir.

"Biz Livanın məsul şəxslərinə açıq şəkildə bildirəcəyik ki, onlara kömək etməyə hazırıq, lakin eyni zamanda, bu ölkədə islahatların keçirilməli olduğuna da inanırıq", - deyə Almaniyanın Xarisi İşlər naziri bildirib.

Qeyd edək ki, Almaniya Beyrut limanında baş verən partlayışla əlaqədar bu ölkəyə 20 milyon avro humanitar yardım ayırıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 160-a yaxın şəxs ölüb, 6 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs itkin düşüb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib

SONRAKI XƏBƏR

İlham Əliyev 5 FƏRMAN imzaladı