“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”

“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”

Cəlil Xəlilov: “Bundan sonra da işğalçıya silah satan hər bir dövlət buna görə ölkəmizə cavab verməli olacaq”

Xəbər verdiyimiz kimi, SerbiyaBaş Nazirinin müavini, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfəredəəck. Səfərdə əsas məqsəd Serbiyanın Ermənistana satdığı silahlarla bağlı məsələniaraşdırmaqdır.

Moderator.az-a açıqlamaverən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov NeboyşaStefanoviçin ölkəmizə səfərini ilk növbədə dövlətimizin diplomatik uğuru kimiqiymətləndirdi:

“Təbii ki, Serbiya BaşNazirinin müavini, Daxili İşlər Naziri Neboyşa Stefanoviçin məlum problemləbağlı ölkəmizə səfəri hər şeydən öncə Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirməlidir.Bu fakt onu göstərir ki, Azərbaycan diplomatiyası bu məsələnin ölkəmiz üçün nəqədər həssas olduğunu Serbiya tərəfinin diqqətinə çatdıra, qarşı tərəfi bu məsələilə bağlı araşdırma aparmağın vacibliyinə inandıra bilib.

Beynəlxalq qanunlar, beynəlxalqkonvensiyalar işğalçıya silah satmağı, onu hər hansı formada silahlandırmağıqadağan edir. Ermənistan isə bütün dünyada işğalçı dövlət kimi tanınır. BMT-ninməlum qətnamələri bunun ən böyük təsdiqidir. Belə olan halda, işğalçı dövlətəsilah satmaq, həm də beynəlxalq qanunları kobud surətdə pozmaq, minlərləinsanın həyatı üçün təhlükə yaratmaq deməkdir. Bu baxımdan Serbiya dövlətininbu məsələni ciddi şəkildə araşdırması, Azərbaycanın bununla bağlı bütünsuallarına aydınlıq gətirməsi vacibdir.

Bu fakt bir daha sübutedir ki, Azərbaycan işğalçının hər bir addımını diqqətlə izləyir və onunsilahlanmasının qarşısını almaq üçün lazımi qətiyyət və prinsipiallıq sərgiləyir.Serbiyanın timsalında baş verənlər həm də digər dövlətləri üçün bir xəbərdarlıqolmalıdır. Silah istehsalı ilə məşğul bütün dövlətlər bilməlidir ki, işğalçıyasilah satacaqları təqdirdə Azərbaycan tərəfinin qətiyyətli mövqeyi ilə üz-üzəqalacaq, bu müstəvidə atdıqları hər bir addıma görə ölkəmizə cavab verməliolacaqlar. Bu, Azərbaycan üçün prinsipial məsələdir və torpaqlarımız işğladanazad olunan günə qədər də prinsipiallığını qoruyub saxlayacaqdır”.

Mənbə: moderator.az