Livanın baş naziri hökumətin istefasını elan edib

Livanın baş naziri hökumətin istefasını elan edib

Bakı. Trend:

Livanın baş naziri Həsən Diab texnokratlar kabinetinin istefasını elan edib.

Trend-in məlumatına görə, televiziya vasitəsi ilə etdiyi çıxışında korrupsiya sisteminin Livan dövlətindən daha güclü olduğunu bildirib.

H.Diab qeyd edib: "Heç bir şəxsi ambisiyalarımız olmayıb, ancaq 30 ildir hakimiyyətdə olan dairələr hökuməti təqib etməyə başladı və xalqı ona qarşı çevirdi".

Mənbə: az.trend.az