Türkiyə ordusu 3 PKK terrorçusunu məhv etdi

Türkiyə ordusu 3 PKK terrorçusunu məhv etdi

İraqın şimalındakı Avaşin bölgəsində terror təşkilatı PKK-nın üzvü olan 3 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən açıqlamada terror təşkilatı PKK- ya qarşı həyata keçirilən əməliyyatların qətiyyətlə davam etdirildiyi vurğulanıb.

Əməliyyata dair görüntülərin də yer aldığı paylaşımda "İraqın şimali Avaşin bölgəsində təsbit edilən 3 PKK-lı terrorçu həyata keçirilən hava hücumları sayəsində zərərsizləşdirilib. Əməliyyatlarımız ən son terrorçu zərərsizləşdirilinə qədər davam edəcək" deyə bildirilib.

Nazirlik tərəfindən verilən digər açıqlamada isə Pəncə - Qaplan əməliyyatı çərçivəsində İraqın şimalındakı Haftanin bölgəsində həyata keçirilən hava hərəkatı yolu ilə 6 PKK-lı terrorçunun zərərsizləşdirildiyi bildirilib. Nazirlik həmçinin, Suriyada Fərat Qalxanı bölgəsində terror təşkilatı 2 PKK/YPG-li terrorçunun komandolar tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Mənbə: publika.az