Livan prezidenti hökumətin istefasını qəbul edib

Livan prezidenti hökumətin istefasını qəbul edib

Livan prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.

Lakin, istefa verən hökumət yeni kabinet qurulana qədər işini davam etdirəcək.

Tərəflər görüş zamanı Beyrut dəniz limanında partlayışdan sonra Livandakı son hadisələri müzakirə ediblər. Dövlət başçısı istefada olan hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.

Mənbə: azpolitika.info