Baş nazir istefa verib elə sözlər söylədi ki...

Baş nazir istefa verib elə sözlər söylədi ki...

Livandakı fəlakət ölkəni və dövləti dəhşətə gətirən dəhşətli korrupsiyanın nəticəsidir.

Axar.az xəbər verir ki, bunu bu gün istefa verən Livan Baş naziri Həsən Diyab mətbuat konfransında deyib.

"Bu korrupsiya dövlətin özündən daha böyükdür. Bu vəziyyət dövləti iflic edir. Dövlət korrupsiyaya qarşı mübarizə apara bilmir. Bu fəlakət dövlət idarəçiliyindəki xroniki korrupsiyanın nəticəsidir. Əvvəllər də korrupsiyanın dövlətin bütün səviyyələrində olduğunu söyləmişdim. Ölkənin başına gələn fəlakətlər hakim siniflər tərəfindən qaynaqlanır", - H.Diyab bildirib.

Mənbə: axar.az