Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılır

Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılır

Sabah Ermənistanda fövqəladə vəziyyət rejiminin daha bir ay uzadılması barədə qərar qəbul ediləcək. Azvision.az “News.am”a istinadən xəbər verir ki, bu məqsədlə avqustun 12-də hökumətin iclası keçiriləcək.

“İclasın gündəliyinə bir məsələ daxildir - Ermənistanda 16 mart 2020-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması”.

Son məlumata görə, Ermənistanda indiyədək 40 593 nəfər koronavirusa yoluxub, 803 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az