Deputat İmişli sakinləri ilə görüşlərini davam etdirir

Deputat İmişli sakinləri ilə görüşlərini davam etdirir

Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının (MCP) sədri, Razi Nurullayev seçicilərlə görüşünü davam etdirir.

Cebhe.info xəbər verir ki, millət vəkili bu gün İmişlinin bir neçə kəndində olub. “Muradalılı kəndində Mustafayeva Günay Pəhlivan qızına baş çəkdim və ona əlil arabası təqdim edildi. Serebral iflic olan Günay xanımın 30 yaşı var, ürək parçalayıcı mənzərədir.

Cahar kəndində serebral iflic İsayev Mirrəşada da əlil arabası verildi. Seyid olan Mirrəşadın belə olmağına baxmayın, iki gül parçası kimi övladı da var. Əlil arabalarını təqdim edən Uğur Gənclər Qrupu"nun sədri Günel Abbasova da bizimlə bərabər idi və bu xeyirxah işə görə ona təşəkkür edirəm”-deyə, R.Nurullayev bildirib.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info