Ermənistanda qalmaqallı “ORSIS” iddiasına xitam verilib

Ermənistanda qalmaqallı “ORSIS” iddiasına xitam verilib

Məlum olduğu kimi, Ermənistanda Müdafiə Nazirliyinə gecəgörmə və termal görmə avadanlığı tədarük edən şirkətlər var. Söhbət “Dedal-T2.380 Hunter LRF” avadanlığından gedir. Nəticədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən ordunun ehtiyacları üçün gecə və optik cihazların tədarükü məqsədilə tender təşkil edilib. Bu tenderin nəticəsi olaraq Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərfindən “ORSIS ARMS” şirkətinə Silahlı Qüvvələrə qeyd edilən avadanlıqları tədarük etməsi təklif edilib. Yaranan təəssürat belədir ki, bütün bunlarda qəribə heç bir şey yoxdur, ancaq “köpəyin başı başqa bir yerdə gizlənir”.

Məsələ burasındadır ki, gecəgörmə və termal görmə avadanlığı təchizatı ilə də məşğul olan və yuxarıda göstərilən avadanlıqları Ermənistanın müxtəlif güc qollarına tədarük edən “Unikum Mühəndislik” MMC –də qollarını sallayıb durmur. Tenderdə iştirak üçün ərizə təqdim edir, lakin prioritet ona yox, “ORSIS ARMS” şirkətinə verilir. Vəziyyətdən hiddətlənən “Unikum Mühəndislik” MMC Ermənistan Müdafiə Nazirliyinin elan etdiyi tenderin obyektiv keçirilmədiyi barədə səlahiyyətli orqanlara şikayət ərizəsi təqdim edir. Səlahiyyətli orqanlar şirkətin şikayət məktubunu Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanlayır, bundan sonra elan edilmiş tenderin doğrudanmı obyektiv keçmədiyini, yoxsa başqa bir problemin olub-olmadığını aydınlaşdırmaq üçün daxili istintaq araşdırması aparılır. Nəticədə gözlənilməz hal ortaya çıxır.

Daxili araşdırma nəticəsində Ermənistan Müdafiə Nazirliyi “ORSIS ARMS” tərəfindən təqdim olunan gecəgörmə və termal görmə cihazlarının hərbi əməliyyatlar üçün deyil, ov üçün nəzərdə tutulduğunu müəyyən edir. Üstəlik, cihaz mülki istifadə üçün nəzərdə tutulmuş lazer məsafə ölçəninə sahibdir və onun hərbi məqsədlər üçün istifadəsi qadağandır.

Burada Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində Baş Qərargahın ünvanına gələcəkdə ciddi bir problem yarada biləcəyi təqdirdə hərbi əmlakla təmin etməsini “ORSIS ARMS” şirkətinə necə təklif etməsi ilə əlaqədar suallar yaranır. Belə çıxır ki, vəziyyətə diqqət yetirən Ermənistan Müdafiə Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edir, hüquq mühafizə orqanları isə işə müdaxilə edərək daha bir qalmaqallı fakt ortaya qoyur. Məlum olur ki, Ermənistan SQ-nin Baş qərargahı tərəfindən məhsulun texniki təsvirində yanlış məlumatlar avadanlıq parametrlərinə daxil edilib və “ORSIS ARMS” şirkətinə üstünlük verilib.

Doğrudanmı, Ermənistan SQ-nin keçmiş Baş Qərargah rəisi Artak Davtyan bu barədə məlumatlı olmayıb, yoxsa bunu yaxşı bilirdi, amma müəyyən maraqları olduğuna görə müdaxilə etməyib?

Qeyd edək ki, erməni KİV-lərində yayılan məlumatlara görə, Ermənistan MN-in əməkdaşları polkovnik Artur Qalstyan və Vilen Qalstyan “ORSIS ARMS” şirkətində pay sahibi olub. Lakin səs-küydən sonra Artur Qalstyan öz payını başqa şəxsə verib. Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri, o cümlədən Müdafiə Nazirliyinin polkovniki Artur Qalstyan cinayət işi çərçivəsində dindirilib. Nəticədə ibtidai istintaq orqanının qərarı əsasında cinayət işinə xitam verilib.

 

Mənbə: ordu.az