ÜST Avropaya səsləndi: “Nəzarəti itirməyin!”

ÜST Avropaya səsləndi: “Nəzarəti itirməyin!”

Bu günə qədər dünyada 20 milyondan çox təsdiqlənmiş koronavirus hadisəsi var.

KONKRET.az xəbər verir ki, məlumatı Amerika Johns Hopkins Universiteti yayıb.

Mənbə bildirir ki, yaxın günlərdə pandemiya qurbanlarının sayı 750 mini ötəcək.

İnfeksiya ən çox Latın Amerikasında və Asiyada yayılır.

Euronews telekanalının məlumatına görə, Avropada COVID-19-un yeni ocaqları lokallaşdırıla bilər, ancaq infeksiyaların da artması müşahidə olunur.

“Xəstəliyin mövsümi xarakteri hələ təsdiqlənməyib” deyə ÜST xatırladıb.

“Ciddi nəzarət olmasa, virus qayıdacaq. Avropa ölkələrinə təkrar deyirik: infeksiyanın yayılmasına nəzarət edin, təzyiqi yüngülləşdirməyin. Baş direktorumuzun dediyi kimi döyüşmək, vuruşmaq, mübarizə aparmaq lazımdır” deyib.

İspaniyanın Albacete şəhərində koronavirusla mübarizə davam edir. 19 mövsümi işçi virusa yoluxub. Onların hamısının koronavirusun simptomsuz daşıyıcıları olduğu üzə çıxıb.

Mütəxəssislər əhalidə koronavirusun aşkar edilməsi üçün testlərin artırılmasının zəruriliyini açıqlayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az