BMT-nin Sülh Missiyası Livanda fəaliyyətini dayandıra bilər

BMT-nin Sülh Missiyası Livanda fəaliyyətini dayandıra bilər

Eastnews.org-un verdiyi xəbərə görə, Livandakı BMT-nin Sülh Missiyasının xidmət müddətini uzatmayacağı iddia olunub.

Bu barədə Livanda fəaliyyət göstərən "Nəşra" adlı informasiya agentliyi iddia yayıb.

İddiada vurğulanır ki, 28 avqust tarixində müddəti bitəcək Sülh Missiyası ilə bağlı iclas təyin olunsa da burada xidmətin müddətinin artırılacağından söhbət gedə bilməz.

Xatırladaq ki, 2006-cı ildə Livanın "Hizbullah" hərəkatı ilə İsrail rejimi arasındakı 33 günlük müharibədən sonra BMT Təhlükəsizlik Şurasının 1701-ci qərarına əsasən, Sülh Missiyası bu ölkəyə yerləşmişdi.

Mənbə: eastnews.org