Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 33 faiz artıb NAZİR

Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 33 faiz artıb NAZİR

"Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələr üzrə inkişaf edir". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr hər sahədə dinamik inkişaf edir. Nazir, 2019-cu ildə ölkələr arasındakı ticarət dövriyyəsi həcminin əvvəlki ilə (2018-ci ilə) nisbətən 33 faiz artığını bildirib.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 18,1 milyard dollar kapital qoyuluşu həyata keçirib.

"Bu il dünya iqtisadiyyatı üçün çətin bir il oldu. Lakin ilk 5 ay ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 20 faiz artıb. Türkiyədə təxminən iki minə yaxın Azərbaycandan maliyyələşən şirkət fəaliyyət göstərir".

Mənbə: sia.az