Hayko Maas Rusiyaya gəlir

Hayko Maas Rusiyaya gəlir

Almaniyanın Xarici İşlər naziri Hayko Maas avqustun 11-də Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Hayko Maas özü mediaya danışıb.

O bildirib ki, koronavirus pandemiyası başlayandan bəri ilk dəfə Rusiyaya gedəcək.

Səfər çərçivəsində Maasın Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyi nəzərdə tutulur.

Mənbə: axar.az