Yunanıstan Türkiyəyə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

Yunanıstan Türkiyəyə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

...Yunanıstan hökuməti Türkiyənin Aralıq dənizində neft-qaz kəşfiyyat qazıntı işlərinə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

Yunanıstan hökuməti Türkiyənin Aralıq dənizində neft-qaz kəşfiyyat qazıntı işlərinə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb.

İnterAz SalamNews -a istinadla xəbər verir ki, Türkiyənin hərbi dəniz qüvvələrinin müşayiətilə “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin Aralıq dənizində işinə başlamasından sonra Yunanıstan Avropa dövlətlərini təcili toplantıya çağırıb.

Eyni zamanda Yunanıstanın baş naziri Kiryakos Miçotakis ölkənin Milli Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Qeyd edək ki, Yunanıstanın Xarici İşlər Nazirliyi də ötən gün bəyanat yayaraq Türkiyəni Aralıq dənizində kəşfiyyat-axtarış işlərinə start verməməyə çağırmışdı.

 

 

Mənbə: www.interaztv.com