Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

Yunanıstanın dəniz qüvvələrinin Türkiyə mülki qayığına təcavüzü nəticəsində 3 mülki şəxs yaralanıb...

Yunanıstanın dəniz qüvvələrinin Türkiyə mülki qayığına təcavüzü nəticəsində 3 mülki şəxs yaralanıb.

İnterAz Anadolu-a istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Türkiyə XİN rəhbəri bildirib ki, Yunanıstan dəniz qüvvələrinin mülki qayığa açdıqları atəş nəticəsində 3 vətəndaş yaralanıb. Onlardan birinin vəziyyəti kritikdir.

M.Çavuşoğlu vurğulayıb ki, “qarşı tərəfin əsassız iddialarına baxmayaraq, Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin Aralıq dənizində işi davam etdiriləcək.”

Mənbə: www.interaztv.com