Erməni deputat: “Hakimiyyət xalq narazılığının dalğasından narahatdır, bu səbəblə...”

Erməni deputat: “Hakimiyyət xalq narazılığının dalğasından narahatdır, bu səbəblə...”

“Mənim şəxsi fikrimcə, hakimiyyət xalq narazılığının dalğasından narahatdır, bu səbəblə fövqəladə vəziyyəti növbəti dəfə uzatmaq istəyirlər”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Gevorq Petrosyan deyib.

Erməni deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti vəziyyəti çox yaxşı başa düşərək koronavirusun arxasında gizlənib.

“İddia etmək üçün bütün əsaslar var ki, “qürurlu vətəndaşlar” Nikol Paşinyana hakimiyyətə gəlmək üçün lazım idilər, artıq hakimiyyəti ələ keçirmək halında qürurlu vətəndaş Nikol Paşinyan üçün heç bir dəyərə malik deyil. Niyə o, Amulsarda deyildi?”, - deyə Gevorq Petrosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az