Avropa İttifaqı Belarus ilə münasibətlərini yenidən nəzərdən keçirir

Avropa İttifaqı Belarus ilə münasibətlərini yenidən nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Belarus ilə münasibətlərini bu ölkənin prezident seçkiləri ətrafında baş verən hadisələr fonunda yenidən nəzərdən keçirir. Banker.az xəbər verir ki, bu barədə Avropa Komissiyasına istinadən “Reuters” məlumat verib.

Qeyd olunur ki, Avropa Komissiyası ölkəyə qarşı sanksiyaların yenidən tətbiq olunacağı ilə bağlı şərh verməkdən imtina edib.

“Prezident seçkiləri ilə bağlı hadisələrlə əlaqədar olaraq Avropa İttifaqı və Belarus arasındakı münasibətlərə aid bütün məsələlərə hazırda baxılır”, – mesajda deyilir.

Qeyd olunur ki, bu məsələ ilə bağlı Aİ-yə üzv olan 27 ölkənin birgə bəyannaməsi hazırlanır. Sənədin dərc tarixi göstərilməyib.

Xatırladaq ki, bundan əvvəl Polşanın xarici işlər naziri Yaçek Czaputoviç bildirmişdi ki, Avropa İttifaqı ölkədəki prezident seçkilərindən sonra Belarusa qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirə bilər.

 

Mənbə: banker.az