"ABŞ və AB slaviyan xalqlarını Rusiyaya qarşı qaldırmaq niyyətindədir"

"ABŞ və AB slaviyan xalqlarını Rusiyaya qarşı qaldırmaq niyyətindədir"

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev suallarımızı cavablandırır:

-Bildiyiniz kimi Belarusiyada prezident seçkiləri başa çatdı. Aleksandr Lukaşenko yenidən prezident seşildi. Seçkinin nəticələri ilə nə belarus müxalifəti razılaşır, nə də başda Polşa olmaqla Qərb ölkələri razılaşır. Belarusiyada vəziyyət gərgin olaraq qalır, qarşıdurma davam edir. Belarusiyanın siyasi gələcəyi necə ola bilər?

- ABŞ dövləti Rusiya ilə strateji müttəfiq olan hər bir dövləti anti-demokratik hesab edir, həmin dövlətin rəhbərini diktator kimi qələmə verir. Bu illər ərzində ABŞ və Avropa Birliyi açıq və gizli olaraq Belarusiya prezidenti Aleksandr Lukaşenkoya təzyiqlər edirdilər, bu təzyiqlər həm siyasi, həm də iqtisadi sahədə özünü əks etdirirdi, onların ali məqsədi Belrusiyanı Rusiyaya qarşı qoymaqdır. ABŞ və AB-nin məqsədi Rusiyanı təkləmək, ona yaxın və doğma olan slavyan xalqlarını bir-birinə düşmən etməkdir. ABŞ niyyətinə qisməndə olsa nail olur. Ukraynalılar, belaruslar və ruslar eyni soya, eyni kökə malik, eyni dinə sitayiş edən, eyni dildə danışan, zahiri baxımdan da oxşar və doğma xalqlardır. ABŞ və AB-nin fəaliyyəti nəticəsində iki slavyan xalqı ukraynalılar və ruslar bir-birinə düşmən oldular. Qərb bu düşmənçiliyi genişləndirərək belarusları da ruslara qarşı qoymaq niyyətindədir. Bu illər ərzində ABŞ Lukaşenkonu əlində alətə çevirə bilmədi. Ona görə seçkilərdən sonra Minskdə gərginlik yaratmaq, inqlab etmək niyyətindədir. Bu məqsədlə Avropa Birliyinə daxil olan ölkələr, başda Polşa olmaqla hərəkətə keçdilər. AB-dən gələn siyasi bəyanatlar Minskdə baş verən etirazları körükləməkdir. Qeyd edim ki, AB-ni qeyri-rəsmi olaraq ABŞ-ın 51-ci ştatı saymaq olar.

-ABŞ və AB demokratiyanı müdafiyə etmək niyyəti ilə bəyanatlar verirmi?

- Yadıma ABŞ-ın sabiq prezidenti Obamanın sözləri düşdü. O zaman Obama bəyan etmişdi ki, Ukraynada Yanukoviçi biz devirdik. Bu fikir nə demokratik dəyərlərə nədə beynəlxalq hüquqa uyğun idi, sadcə Amerikanın maqaqlarını əks etdirirdi. Xatırladım ki, Yankoviş xalq tərəfindən demokratik yolla seçilmişdi, onun legitimliyini beynəlxalq təşkilatlar, o cümlədən ABŞ və AB tanımışdı. Sadəcə, Yanukoviç ABŞ maraqlarına uyğun davranmadığına görə onun devirilməsi lazım idi və devirdilər də. Nəticə göz qabağındadır, Ukraynada vətəndaş müharibəsi alovlandı, Ukrayna dövləti həlli görünməyən problemlərlə üzləşdi... Bir sözlə, ABŞ demokratiyadan məqsədə çatmaq üçün vasitə kimi istifadə edir. Bu gün Belarusiyada baş verən hadisələr də məhz 2014-cü ildə Kiyev şəhərində baş verən inqlabın senarisinin davamıdır.

 

 

Mənbə: moderator.az