Sabiq müşavir Tramp-Putin görüşünün gizlinlərini açdı

Sabiq müşavir Tramp-Putin görüşünün gizlinlərini açdı

Amerika və Rusiya prezidentlərinin Helsinki görüşünün bəzi detalları açıqlanıb.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton danışıb.

"Business Insider" yazır ki, Tramp Putinə həddən artıq yaxınlıq və ona etibar göstərib. Bu davranış hətta görüş iştirakçılarını da təəccübləndirib: "Prezident, deyəsən, anlamırdı ki, bu, insanların xoşuna gəlmir".

Boltonun fikrincə, bu görüş də Donald Trampın ABŞ lideri postu üçün uyğun adam olmadığını bir daha ortaya qoyub.

Xatırladaq ki, Bolton 2019-cu il sentyabrında vəzifəsindən azad edilib.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info